Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Çin rəsmiləri hərbi məsələlər üzrə dialoqa hazırlaşırlar

 

 

ABŞ və Çin rəsmiləri Tayvan və digər mübahisəli problemlər də daxil olmaqla, bir çox hərbi məsələlər üzrə yüksək səviyyədə müzakirələr aparmağa hazırlaşırlar.

Bu barədə dünən “Lenta.ru” saytı paytaxt Pekində ingilis dilində nəşr olunan “The South Morning Post” qəzetinə istinadən xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, tərəflər hipersəsli raketlərin istehsalını məhdudlaşdırmaq barədə də danışıqlar aparmaq niyyətindədir.

Hər iki ölkənin yüksək çinli hərbçiləri ABŞ Prezidenti Co Bayden ilə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin arasında bir müddət əvvəl keçirilən virtual görüşdən sonra ikitərəfli əlaqələri gücləndirməyə başlayıblar. Təsadüfi deyil ki, yaxın günlər ərzində ABŞ-ın Müdafiə naziri Lloyd Austinin çinli həmkarı Vey Fenhe və ÇXR-in Mərkəzi Hərbi Şurası sədrinin müavini Cuy Silyanla görüşəcəyi gözlənilir.

Mənbə həmçinin bildirib ki, ABŞ və Çin liderləri son virtual görüşdə öz ölkələrinin yüksək vəzifəli hərbçilərinə iki ölkə arasında gərginlik yaradan bir çox mübahisəli hərbi məsələləri geniş müzakirə etməyi və mümkün olduğu təqdirdə müvafiq konsensusa gəlməyi tapşırıblar.

Siyasi təhlilçilər bu qənaətdədir ki, son vaxtlar həm Vaşinqton, həm də Pekin tərəfindən bu vaxta qədər hökm sürən “davakar” hərbi və siyasi ritorika xeyli “yumşaldılıb”. Bundan əvvəl isə ABŞ və Çin bir-birini beynəlxalq sazişləri pozaraq kəskin surətdə silahlanmaqda günahlandırırdılar.

M.HACIXANLI, “Xalq qəzeti”

3 Dekabr 2021 07:14 -

Köhnə versiyamızdan xəbərləri izlə