Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və Ukraynanı eskalasiyadan qaçmağa çağırır

Türkiyə Rusiya və Ukrayna ilə sıx əməkdaşlıq edir və hər iki tərəfi sakitliyə və eskalasiyadan qaçmağa çağırır. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Riqada NATO ölkələri XİN başçılarının görüşü zamanı bildirib. Məlumatı “Anadolu” verib.

O, Riqa və Stokholmda Ukrayna XİN başçısı Dmitri Kuleba ilə danışıqlar apara­cağını bildirib: “Stokholmda Rusiya XİN başçısı Sergey Lavrovla da danışacağam. Həftənin cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayacaq”.

Çavuşoğlu Ukraynanın NATO-ya inteqrasiyası ilə bağlı deyib ki, ümumiyyətlə, Ankara alyansın genişlənməsini dəstəkləyir. Eyni zamanda, ölkəsinin bu məsələ haqda mövqe­yini NATO-nun iclasların­da səsləndirib. Bu mövzu Prezident Ərdoğan tərəfindən də dəstəklənir.

Rusiyaya qarşı sanksi­yalardan danışan nazir qeyd edib ki, Ankara sanksiya və məhdudiyyətlərin bütün formalarına qarşı çıxış edir: “Biz Türkiyədə sanksiyala­rın nəyisə həll edəcəyinə inanmırıq. Keçmişdə qəbul olunmuş sanksiyalar nəticə verməyib. Əvvəllər Türkiyənin özünə qarşı da sanksiya tətbiqi məsələsi qaldırılıb. Fakt budur ki, sanksiyalar problemləri həll etmir”.

Çavuşoğlu hesab edir ki, sanksiya əvəzinə dayandırma siyasətinə əl atmaq daha yaxşı olar: “Türkiyə dayandırma və dialoq arasındakı balans kursunun effektivliyinə inanır. Ukraynaya, eləcə də istənilən digər ölkəyə yalnız sanksiya­lar vasitəsilə heç kim kömək edə bilməyəcək”.

Xatırladaq ki, Riqada NATO ölkələri XİN başçıları­nın görüşü keçirilib. Toplantı­da Ukrayna sərhədində Rusi­yanın hərbi aktivliyi məsələsi də müzakirə olunub.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

3 Dekabr 2021 07:02 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Yanvar 2022 | 09:58
Təbii fəlakət
27 Yanvar 2022 | 04:57
Miqrantlar xilas edilib
27 Yanvar 2022 | 04:57
Silah-sursat sövdələşməsi

Köhnə versiyamızdan xəbərləri izlə