Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 377        Bakı şəhəri, 1 dekabr 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları indikatorları)”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 735; 2013, № 7, maddə 887; 2016, № 9, maddə 1585; 2021, № 5, maddə 523; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 sentyabr tarixli 274 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın 4.4.1-ci yarımbən-dinin səkkizinci abzasına “sosial müdafiəsi,” sözlərindən sonra “miqrasiya,” sözü əlavə edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə