Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 376 Bakı şəhəri, 1 dekabr 2021-ci il

 

“ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1559; 2017, № 2, maddə 305, № 7, maddə 1485; 2018, № 2, maddə 364, № 8, maddə 1802; 2019, № 6, maddə 1142) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü bəndə “və yaxud” sözlərindən sonra “inzibati xəta haqqında elektron protokolun nömrəsi, həmçinin həmin elektron protokol üzrə hüquqi şəxsə münasibətdə VÖEN-i, vəzifəli şəxsə münasibətdə FİN-i və ya” sözləri əlavə edilsin.

2. 4.11-ci bəndinin ikinci cümləsinə “qərar” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol” sözləri əlavə edilsin.

3. 4.13-cü bəndə “məbləği,” sözündən sonra “inzibati xəta haqqında elektron protokolun və ya” sözləri əlavə edilsin.

4. 4.16-cı bəndə “iş üzrə” sözlərindən sonra “inzibati xəta haqqında elektron protokolla və ya” sözləri əlavə edilsin.

5. 4.18-ci bəndə “və nömrəsini” sözlərindən sonra “və ya elektron protokolun nömrəsini, həmçinin həmin elektron protokol üzrə hüquqi şəxsə münasibətdə VÖEN-i, vəzifəli şəxsə münasibətdə FİN-i” sözləri əlavə edilsin.

6. 4.21-ci bəndə “tərtib edilmiş” sözlərindən sonra “inzibati xəta haqqında elektron protokolun və ya” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə