Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

OPEC ölkələri yeni baş katib seçəcəklər

Ötən gün OPEC ölkələrinin nazirləri arasında keçirilən iki saatlıq görüşdə yanvar ayında növbədənkənar iclasın keçirilməsi barədə razılıq əldə edilib.

Danışıqlarda iştirak edən mənbənin məlumatına görə, yanvarda keçiriləcək növbədənkənar ic­lasda OPEC ölkələri təşkilatın yeni baş katibini seçəcəklər: “Görüş başa çatdı. OPEK+ ölkələrindən ayrı olaraq yanvar­da növbədənkənar iclas keçirmək barədə razılaşdıq. İclasda yeni baş katib seçiləcək”.

Mənbə növbədənkənar iclasın keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.

Qeyd edək ki, OPEC-in baş katibi vəzifəsini 2016-cı ildən Məhəmməd Barkindo tutur. Onun səlahiyyətlərinin ikinci müddəti 2022-ci ilin iyul ayında başa çatır.

“Xalq qəzeti”

3 Dekabr 2021 05:25 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə