Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNESCO-nun iclasında ermənilərin təxribat xarakterli çıxışları ifşa olunub

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdədir.

Dövlət Xidmətindən verilən məlumata görə, səfərin məqsədi 29 noyabr – 3 dekabr tarixlərində baş tutan UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına tərəfdar olan dövlətlərin 14-cü iclasında, Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclasında, eyni zamanda Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak etmək idi.

Tədbirlər çərçivəsində “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensi­yasının implementasiya ilə bağlı məsələlər, əməkdaşlıq istiqamətləri, konvensiyasının icrası barədə milli hesabatların təqdim edilməsi, həmçinin İkinci Protokolun imple­mentasiyası, yeni dövlətlərin ratifikasiyası və qoşulması, İkinci Protokolun icrası üzrə he­sabatların təqdim edilməsi və eləcə də Büro üzvlərinin müəyyən edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

29 noyabr tarixində keçirilən konvensiyaya tərəfdar dövlətlərin 14-cü iclası zamanı konvensiyanın icrası ilə bağlı hesabatın müzakirəsi zamanı Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxış edib. Konvensiyanın vacibliyindən danışaraq, işğaldan azad olunmuş ərazilərimizdəki abidələrin vəziyyəti ilə bağlı məlumat verib, bu istiqamətdə UNESCO Texniki Missiyasının önəmini qeyd edib.

İclas zamanı Ermənistan tərəfinin təxribat xarakterli çıxışlarına müvafiq olaraq, adekvat cavablar verilib və Ermənistan nümayəndə heyətinin iclası siyasiləşdirməsinin yolverilməzliyi diqqətə çatdırılıb.

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti həmçinin ikinci Protokola tərəf dövlətlərin 9-cu iclasında və ikinci Protokolun Komitə iclasında iştirak edib.

“Xalq qəzeti”

3 Dekabr 2021 05:15 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə