Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev dünyaşöhrətli alim Əziz Səncəri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünyaşöhrətli alim Əziz Səncəri qəbul edib.

  Əziz Səncər Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini dedi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Səncərin Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğuladı.

Dövlətimizin başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Səncərin yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirdi. Əziz Səncəri türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizə səfərə gəlməsindən məmnunluğunu bildirdi və Azərbaycan xalqının ona həm bir alim, həm də bir vətənpərvər insan kimi böyük hörmət və sevgi bəslədiyini xüsusi olaraq vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

2 Dekabr 2021 18:20 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə