Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli İncəsənət Muzeyinin Rəngkarlıq fondu müasir fond avadanlıqları ilə təchiz edilib

Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli İncəsənət Muzeyi üçün alınan yeni fond avadanlıqları ilə tanış olub.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, Azərbaycan Milli İncəsənət Muzeyinin Rəngkarlıq fondunda rəsm əsərlərinin yerləşdirilməsi üçün daha əlverişli imkan yaradılıb. Rəsm əsərlərini səliqəli, effektiv və müasir standartlara uyğun şəkildə yerləşdirməklə 55 kvadratmetrlik sahədə xüsusi stellajlar vasitəsilə 225 rəsm əsərinin saxlanılması təmin olunub.

Fond avadanlıqlarını Böyük Britaniyanın məşhur “Rackline” şirkəti təmin edib. Dünyanın bir sıra aparıcı muzeyləri, o cümlədən Viktoriya və Albert Muzeyi üçün fond avadanlıqları məhz bu şirkət tərəfindən təchiz edilib.

2 Dekabr 2021 16:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə