Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tut tingləri yarmarkası keçiriləcək

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə dekabrın 3-də Xırdalan şəhərində əhaliyə tut tinglərinin paylanması yarmarkası keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən xəbərə görə, Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin qarşısında baş tutacaq aksiya zamanı vətəndaşlara nazirliyin tinglik sahələrində yetişdirilən tut tingləri paylanılacaq.

Qeyd edək ki, Abşeron yarımadasının mülayim və quru iqlimi üçün xarakterik olan tut ağacının Azərbaycanda bir çox növləri yayılıb, eyni zamanda, qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir.

Yarmarkanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və insanlarda təbiətə səmimi münasibət formalaşdırmaqdır.

Nazirlik vətəndaşları saat 10:00-dan 14:00-dək davam edəcək tut tingləri yarmarkasında iştirak etməyə (ünvan: Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi 115), təbiətə fayda verəcək həmin aksiyadan yararlanmağa çağırır.

2 Dekabr 2021 15:51 - EKOLOGİYA
EKOLOGİYA
21 Yanvar 2022 | 17:55
Sabahın HAVA PROQNOZU
18 Yanvar 2022 | 17:58
Sabahın HAVA PROQNOZU
14 Yanvar 2022 | 18:03
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə