Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşhur baletmeyster Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçirlər

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Sankt-Peterburq Mahnı və Rəqs Teatrının “Moroşka” balet truppasının rəhbəri baletmeyster, xoreoqraf Yelena Vikinq və Voronej Dövlət Xoreoqrafiya Məktəbinin balet rəqqası Aleksandr Skorodumovun iştirakı ilə ustad dərsləri keçirilir.

 BXA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, ustad dərsləri çərçivəsində səhnə hərəkətləri, xalq və klassik rəqslərin səhnələşdirilməsində regional xüsusiyyətlər, üsullar və digər mövzular tədris olunur.

Ustad dərslərinə başlamazdan öncə Yelena Vikinq və Aleksandr Skorodumov BXA-nın rəhbərliyi ilə görüşüb, akademiyanın binasını gəziblər.

Görüşdə əməkdaşlıq layihələrinin davam etdirilməsi, xoreoqrafiya təhsilində yeniliklər və tədris metodikası haqqında müzakirələr aparılıb.

Müzakirələrdə BXA-nın rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə, prorektorlar Təranə Muradova, Elmira Pənahlı, tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Yeganə Tapdıqova, İncəsənət fakültəsinin dekanı Sənan Hüseynli, akademiyanın orta ixtisas (kollec) təhsil pilləsinin direktoru Tahir Eynullayev və tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova iştirak ediblər.

Ustad dərsləri dekabrın 4-dək davam edəcək.

2 Dekabr 2021 18:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə