Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır

Ağdam Sənaye Parkında sosial zonanın təşkili istiqamətində işlər artıq yekunlaşdırılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, subartezian quyusundan Sənaye Parkının sosial zonasına su xətləri çəkilib. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb. Parkın ərazisində “Kapital Bank”ın bankomatı quraşdırılıb, yaxın günlərdə isə ödəniş terminallarının qoyulması planlaşdırılır. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hazırda müxtəlif çeşidli sintetik xalça, uniforma, xüsusi və fərdi geyimlərin, polimer məhsulların, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi 5 potensial layihəyə baxılır ki, bu layihələr üzrə 1100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2 Dekabr 2021 15:38 - İQTİSADİYYAT
İQTİSADİYYAT
27 Yanvar 2022 | 10:18
AMB-nin valyuta məzənnələri
26 Yanvar 2022 | 09:48
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə