Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 373 Bakı şəhəri, 29 noyabr 2021-ci il

 

“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respub­likasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2018-ci il 12 noyabr tarixli 485 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 noyabr tarixli 485 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2435) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə “Sisteminin (AQTS)” sözləri “İnformasiya Sisteminin (AQTİS)” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydasının 2.9-cu bəndində “Sisteminə (AQTS)” sözləri “İnformasiya Sisteminə (AQTİS)” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

 Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə