Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 372 Bakı şəhəri, 29 noyabr 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın təsdiq edilməsi haq­qında” 2019-cu il 9 iyul tarixli 294 nömrəli, “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 24 iyul tarixli 322 nömrəli və “Əlilliyi olan şəxslərin reabili­tasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarında dəyişiklik edilməsi və “İkinci Dünya müharibəsi işti­rakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların pro­tez-ortopediya məmulatları, əlil kreslo-veloara­baları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 8 iyul tarixli 103 nömrəli Qərarının ləğv edilməsi barədə” 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2019, № 7, maddə 1317; 2020, № 4, maddə 495; 2021, № 3, maddə 277) ilə təsdiq edilmiş “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Res­publikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndin birinci cümləsinə “(bundan sonra – Qurum)” sözlərindən sonra “, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz)” sözləri əlavə edilsin;

1.2. 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərin ikinci cümlələrinə “Quruma” sözündən sonra “, “DOST” mərkəzlərinə və ya Mərkəzə” sözləri əlavə edilsin;

1.3. 3.8-ci bəndin birinci cümləsinə “Quruma” sözündən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2019, № 7, maddə 1344) ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nda aşağıda­kı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “uçota alınmanı həyata keçirən orqana” sözlərindən sonra “və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz)” sözləri əlavə edilsin;

2.2. 2.2-ci bəndə “uçota alınmanı həyata keçirən orqana” sözlərindən sonra “və ya Mərkəzə” sözləri əlavə edilsin;

2.3. 2.3-cü bəndin birinci cümləsinə “Uçota alınmanı həyata keçirən orqan” sözlərindən sonra “və ya Mərkəz” sözləri əlavə edilsin;

2.4. 2.4-cü bəndə “uçota alınmanı həyata keçirən orqan” sözlərindən sonra “və ya Mərkəz” sözləri əlavə edilsin;

2.5. 2.5-ci bəndin ikinci cümləsinə “göndərir” sözündən sonra “, yaxud təmsilçiyə göndərilməsi üçün Mərkəzə təqdim edir” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1602) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 2.5-ci bəndində “və ya “DOST” mərkəzi” sözləri “, “DOST” mərkəzi və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

 Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə