Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibkarlar üçün vebinar təşkil edilib

Azərbaycan Mərkəzi Bankı (AMB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən sahibkarlar üçün “Daşınar əmlakın yüklülüyü dövlət reyestrindən istifadənin üstünlükləri və istifadə üsulları” mövzusunda vebinar təşkil edilib.

ABA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, vebinarda Mərkəzi Bankın nümayəndələri tərəfindən reyestrin faydaları, daşınar əmlakın reyestrdə qeydiyyatı üsulları, daşınar əmlakın girov kimi cəlb edilməsi imkanlarının artırılması üçün sahibkarların görə biləcəyi işlər barədə görüş iştirakçılarına geniş məlumat verilib. Sonda mövzu üzrə sahibkarların sualları cavablandırılıb və müzakirə aparılıb.

Qeyd edək ki, vebinar dekabrın 8-9-da baş tutacaq “V Beynəlxalq Bankçılıq Forumu” çərçivəsində keçirilib.

1 Dekabr 2021 17:08 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Yanvar 2022 | 10:55
Neft bahalaşıb
27 Yanvar 2022 | 10:18
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə