Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları Böyük Britanıyadan olan həmkarları ilə onlayn görüş keçiriblər

Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları qabaqcıl ölkələrin biliklərinin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərini davam etdirirlər. Onlar əməkdaşlıq imkanlarına dair müzakirələrin aparılması və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi məqsədilə Böyük Britaniyanın Heyvan və Bitki Sağlamlığı Agentliyindən olan həmkarları ilə onlayn görüş keçiriblər.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən "Xalq qəzeti"nə verilən məlumata görə, görüş çərçivəsində Böyük Britaniya Heyvan və Bitki Sağlamlığı Agentliyinin sınaq portfeli və səriştəlilik sınaq sxemləri, ticarətə dəstək sınaqları, qida təhlükəsizliyi üçün tədqiqat və eksperimental inkişaf və nəzarət, keyfiyyət idarəetmə sistemləri və akkreditasiya sistemi və institutun fəaliyyəti barədə təqdimatlar olub.

Tərəflər Azərbaycanda heyvan və bitki sağlamlığı üzrə prioritet istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi, ortaq əməkdaşlıq istiqamətləri üzrə təkliflərin qarşı tərəfə göndərilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə hər iki qurumun mütəxəssisləri arasında virtual formatda görüşlərin keçirilməsi, Böyük Britaniyanın müvafiq qurumunun Referens Laboratoriyalarının təcrübəsinin öyrənilməsi, elmi-tədqiqat işlərinin aparılması istiqamətində təkliflərin müəyyən edilməsi, monitorinq və səriştəlilik sınaqlarında iştirak üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və s. barədə razılığa gəliblər.

1 Dekabr 2021 16:37 -
17 Yanvar 2022 | 17:58
Sabahın HAVA PROQNOZU
16 Yanvar 2022 | 02:51
“Omicron”dan ilk ölüm

Köhnə versiyamızdan xəbərləri izlə