Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi nəşr olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” elmi jurnalının 2021-ci il üzrə ikinci nömrəsi oxuculara təqdim olunub.

İqtisadiyyat İnstitutundan "Xalq qəzeti"nə verilən məlumata görə, jurnalda 25 elmi məqalə dərc olunub. Nəşrdə “Dünyanın iqtisadi arxitekturası: qlobal bərabərsizliyin sivilizasiya fərqliliyi”, “Ölkənin sosial-iqtisadi inkişafının davamlılığının qiymətləndirilməsi üçün statistik yanaşma”, “Bilik iqtisadiyyatının formalaşmasında innovativ texnologiyaların rolu”, “Yanacaq-enerji kompleksinin ətraf mühitə neqativ təsirlərinin azaldılması yolları”, “Pandemiyanın sığorta bazarına təsirinin qiymətləndirilməsi”, “Azərbaycanda strateji yol xəritəsi kontekstində iqtisadiyyatda şəffaflığın artırılmasının aktual problemləri” kimi mövzularda məqalələr yer alıb.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir.

1 Dekabr 2021 16:25 -

Köhnə versiyamızdan xəbərləri izlə