Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NASA astronavtlarının açıq kosmosa çıxma tarixi məlum olub

Amerikalı astronavtlar Tom Marşbern və Kayla Berron dekabrın 2-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxacaqlar.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mətbuat xidməti bildirib.

Bundan əvvəl noyabrın 30-na planlaşdırılan astronavt missiyası “stansiyaya yaxınlaşan dağıntılar” xəbərləri səbəbindən ləğv edilib:

"NASA dağıntıların orbitinin Tom Marşbern və Kayla Berronun planlaşdırılan kosmos səyahəti üçün heç bir təhlükə yaratmadığını müəyyən edib. Stansiyadakı nasaz antenanı əvəz etmək üçün kosmosa çıxış dekabrın 2-i cümə axşamına planlaşdırılır".

1 Dekabr 2021 19:11 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə