Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

Tərtər rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Xalq qəzeti" verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluq əməlini törətməkdə şübhəli bilinən, rayon sakinləri Çingiz Əliyev, Yadigar Rzayev və Nicat Cabbarov saxlanılıblar. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq fərdi yaşayış evindən təmir-tikinti alətləri və məişət əşyaları oğurladıqları müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

1 Dekabr 2021 15:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
29 Yanvar 2022 | 17:59
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə