Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularının dəfn mərasimi keçirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuların dekabrın 1-də İkinci Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir.

 "Xalq qəzeti" xəbər verir ki, dəfn mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev, müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, şəhidlərin yaxınları və ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.

1 Dekabr 2021 14:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə