Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SAT imtahanı iştirakçılarının nəzərinə

SAT imtahanı dekabrın 4-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Bu barədə "Xalq qəzeti"nə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə (imtahan iştirakçısı tərəfindən çap edilərək imzalanmış şəkildə gətirilməlidir).

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

SAT imtahanları haqqında daha ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə etmək olar.

1 Dekabr 2021 14:04 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə