Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropada istixana qazı emissiyaları artıb

 

 

Avropa Statistika Agentliyinin (“Eurostat”) məlumatına görə, Avropa İttifaqı (Aİ) ölkələrində istixana qazı emissiyaları 2021-ci ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb.

“Eurostat”ın açıqlamasına görə, cari ilin ikinci rübündə Aİ-də atmosferə buraxılan karbon emissiyasının həcmi 867 milyon ton təşkil edib.

Mənbə qeyd edir ki, artım əsasən iqtisadi fəallığın bərpasının sürətlənməsi ilə əlaqədar olub. İlin ikinci rübündə istixana qazı emissiyalarının 34 faizi istehsal və tikinti, 19 faizi elektrik enerjisi istehsalı, 14 faizi kənd təsərrüfatı, 8 faizi nəqliyyat sektoru, 8 faizi digər xidmətlər, qalan hissəsi isə ailə təsərrüfatlarının isidilməsi nəticəsində formalaşıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

1 Dekabr 2021 10:08 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
29 Yanvar 2022 | 10:16
Yaroş icarəyə verilib
29 Yanvar 2022 | 09:12
Ordu Malidən çıxarılır
29 Yanvar 2022 | 08:54
İraq və İordaniyada şaxtalar
29 Yanvar 2022 | 08:52
Stefan Düjarrikin açıqlaması
29 Yanvar 2022 | 08:15
Qızıl istehlakı artıb

Köhnə versiyamızdan xəbərləri izlə