Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO 40 min hərbçisini Latviyaya göndərir

 

 

“Lazım gəlsə, qısa müddət ərzində Latviyaya 40 mindən çox əsgər göndərmək mümkün olacaq”. Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Riqada Latviya Prezidenti Eqil Levitslə görüşdən sonra bildirib.

“Biz soyuq müharibədən bugünədək ümumi müdafiə sisteminin genişləndirilməsini ardıcıl olaraq həyata ke­çiririk. Döyüş qrupları Baltikyanı ölkələrdə və Polşada yerləşdirilib. Həm dənizdə, həm də havada mövcudluğumu­zu gücləndirmişik. Biz, həmçinin təlimlərdə müttəfiqlərlə sıx əməkdaşlıq edirik”, - deyə Stoltenberq vurğulayıb.

O, qeyd edib ki, NATO Latviya, Litva və Polşa sərhədlərində vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Baltik regionunda müttəfiq qoşunlarının olmasını təmin edəcək.

Ekspertlər hesab edirlər ki, NATO rəhbərliyi Rusiya ilə dialoqun mümkünlüyünə inanır, lakin eyni zamanda rəsmi Moskvaya qarşı məhdudlaşdırma siyasətini müdafiə edir.

Yeri gəlmişkən, NATO-nun Baş katibi Latviyanın Adazi hərbi bazasına səfər edib. O, səfər zamanı onu müşayiət edən jurnalistlərə deyib: “Biz münaqişə yox, əksinə, Rusiyanın hər hansı təcavüzünün qarşısını almaq istəyirik”.

Bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib ki, Rusiya NATO ilə konstruktiv və bərabərhüquqlu dialoqa hazırdır.

M.HACIXANLI, “Xalq qəzeti”

1 Dekabr 2021 09:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə