Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İŞİD qruplaşmasının bazası məhv edilib

Tolo “News”un məlumatına görə, “Tali­ban” hərəkatı Əfqanıstanın şərqində yerləşən Nan­qahar əyalətində İŞİD qruplaşmasının bazasını məhv edib. Mənbə yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, səhər saatlarında Zanqvay kəndində taliblərlə İŞİD si­lahlıları arasında baş verən toqquşmada yüngül və ağır silahlardan istifadə olunub.

Qeyd edilir ki, döyüş nəticəsində biri qadın olmaqla üç İŞİD silahlısı öldürülüb, biri isə sağ olaraq ələ keçirilib.

Bir müddət öncə “Taliban” hərəkatı tərəfindən təyin olunan Əfqanıstan Silahlı Qüvvələrinin qərargah rəisi Qari Fasihuddin İŞİD qruplaşmasının ölkənin bəzi rayonlarında mövcud olan üzvlərinin sabitliyə təhdid yaratdığını bildirib.

Qeyd edək ki, “Taliban” hərəkatı avqust ayında ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra ölkənin bütün əyalətlərinə nəzarəti ələ keçirib. Avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan taliblər müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə amerikalı hərbçilər Kabil hava limanını tərk edib və bununla da ABŞ-ın Əfqanıstandakı 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində “Taliban” hərəkatının əvvəlki hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış Məhəmməd Həsən Axundun rəhbərliyi ilə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan olunub. Hələlik heç bir ölkə “Taliban” hökumətini tanımayıb.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

1 Dekabr 2021 09:40 -

Köhnə versiyamızdan xəbərləri izlə