Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

La-Manş boğazında ölüm hallarının qarşısı alınacaq

Belçika və Fransa Avropa İttifaqının “Frontex” agentliyi ilə La-Manş boğazından qeyri-leqal miqrantların keçməsinə nəzarətlə bağlı əlavə tədbirləri müzakirə edirlər. Bu barədə dünən “İzvestiya.ru” özünün agentlikdəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu qədər ge­niş müzakirələrə səbəb noyabrın 24-də boğazda baş vermiş insidentdir. Həmin gün La-Manşdan keçərək Böyük Britani­yaya getməyə calışan miqrantları daşı­yan qayıq qəzaya uğramış, nəticədə 31 miqrant həlak olmuşdur.

Bu hadisədən sonra Londonla Paris arasındakı onsuz da sadə olma­yan münasibətlər daha da çətinləşmiş və insidentdə kimin günahkar olması barədə diskussiyalar yaranmağa başla­mışdır. Artıq xeyli vaxtdır ki, hər iki tərəf miqrasiya problemini birgə həll etmək niyyətini bəyan etmiş olsa da, faktiki olaraq hələ bu istiqamətdə real addımlar atmamışdılar.

Dünən Daununq-stritdən verilən məlumata görə, artıq Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron ümumi rəyə gələ biliblər. Onlar boğazdan keçənlərin qarşılaşdıqları mümkün ölüm hallarının qarşını birgə səylərlə almaq və qeyri-leqal miqrasiya ilə bağlı prosesə “cavabdeh olan bandalarla” mübarizə aparmaq barədə razılaşıblar.

Tərəflər qərara alıblar ki, bunun üçün La-Manşa yaxın olan ölkələrdən Belçika və Niderlandla sıx əlaqədə işləsinlər.

“İzvestiya.ru”nun Vesminsterdəki mənbəsinin sözlərinə görə, hazır­kı mübahisədə yeni heç nə yoxdur, bunun kökləri dərindədir və əvvəllər olduğu kimi, yenə də gərginlik zamanla sakitləşəcək.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

1 Dekabr 2021 09:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
29 Yanvar 2022 | 10:16
Yaroş icarəyə verilib
29 Yanvar 2022 | 09:12
Ordu Malidən çıxarılır
29 Yanvar 2022 | 08:54
İraq və İordaniyada şaxtalar
29 Yanvar 2022 | 08:52
Stefan Düjarrikin açıqlaması
29 Yanvar 2022 | 08:15
Qızıl istehlakı artıb

Köhnə versiyamızdan xəbərləri izlə