Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elektrik enerjisi istehsalı artıb

 

 

Yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 168,8 mln. kVt•st, ixracı 125,8 mln. kVt•st, idxalı 10,3 mln. kVt•st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 273,1 mln. kVt•st, ixrac 66 mln. kVt•st artıb, idxal isə 0,4 mln. kVt•st azalıb.

Cari ilin yanvar-oktyabr aylarında res­publikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 554,4 mln. kVt•st artaraq 22 milyard 855,8 mln kVt•st olub. Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1 milyard 394,8 mln. kVt•st arta­raq 21 milyard 458,6 mln kVt•st, SES-lərdə 162,5 mln. kVt•st artaraq 1 milyard 108,9 mln. kVt•st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2,9 mln. kVt•st azalaraq 288,3 mln. kVt•st olub. Külək elektrik stan­siyalarında 77,0 mln. kVt•st, günəş elektrik stansiyalarında 48,5 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 162,8 mln. kVt•st elektrik enerji­si istehsal edilib.

Yanvar-oktyabr aylarında elektrik enerjisi­nin istehsalı “Azərenerji” ASC üzrə 20 milyard 504,3 mln. kVt•st (İES-lərdə 19 milyard 525,3 mln. kVt•st, SES-lərdə 979,0 mln. kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 379,1 mln. kV•st (İES-lərdə 216,8 mln. kVt•st, SES-lərdə 117,4 mln. kVt•st, GES-də 44,9 mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elekt­rik stansiyalarında 56,7 mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 915,7 mln. kVt•st təşkil edib.

2021-ci ilin 10 ayı ərzində elektrik enerjisi­nin ixracı 1 milyard 156,0 mln. kVt•st olmaq­la, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 254,9 mln. kVt•st artıb. İrana 252,8 mln. kVt•st, Türkiyəyə 318,6 mln. kVt•st, Rusiyaya 79,1 mln. kVt•st, Gürcüstana isə 505,5 mln. kVt•st elektrik enerjisi ixrac edilib.

Bu dövrdə elektrik enerjisinin idxalı 130,8 mln. kVt•st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,8 mln. kVt•st artıb. İrandan 27,3 mln. kVt•st, Rusiyadan 78,9 mln. kVt•st, Gürcüstandan isə 24,6 mln. kVt•st elektrik enerjisi idxal edilib.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

1 Dekabr 2021 09:22 -

Köhnə versiyamızdan xəbərləri izlə