Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Gəncə bölməsində elmi-praktik konfrans

Ölkə Prezidentinin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin vətənində həm də silsilə tədbirlərin keçirilməsi ilə yadda qalır. Bu günlərdə AMEA-nın Gəncə bölməsində təşkil olunan elmi-praktik konfrans da belə maraqlı tədbirlərdəndir.

Akademiyanın Gəncə bölməsi və Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə şairin yaradıcılığına həsr olunmuş kitab sərgisi və elmi-praktiki konfransda Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş monoqrafiyalar, kitablar və nəşr olunmuş jurnallar nümayiş etdirilmişdir. Qeyd edək ki, təkcə Gəncə bölməsi tərəfindən 2021-ci il ərzində 4 kitab - “Nizami Gəncəvi lirikası və...”, “Mirzə Mehdi Naci. Seçil­miş əsərləri”, “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda”, “Nizami Gəncəvi poemaları incəsənətlərin qarşılıqlı əlaqəsi kontekstində” kitabları nəşr edilmişdir.

Bölmənin sədri, akade­mik Fuad Əliyev elmi-praktik konfransı açaraq qonaqları salamlamış, Dövlət Himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsindən sonra konfrans öz işinə başlamışdır. Konfransda yerli və xarici Nizamişünas alimlərin dahi şair haqqında fikirlərindən video süjetlər iştirakçılara təqdim olunmuşdur.

Elmi-praktik konfrans­da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva “Nizami Gəncəvi irsinin araşdırılmasın­da informasiya resurslarının rolu”, həmin kitabxananın İnnovativ layihələr və meto­dik təminat şöbəsinin müdiri Səyyarə Məmmədova “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği”, avtomatlaşdırma və proqram təminatı şöbəsinin baş mütəxəssisi Aygün Əliyeva “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” mövzu­larında məruzələrlə çıxış etmişlər.

Bölmənin əməkdaşları – Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiye­vanın “Gəncəli şair Nizami qlobal şəxsiyyətdir”, elmi işçi Vüsalə Hüseynovanın “Şeyx Nizami irsinin təbliğində Gəncə kitabxanalarının əhəmiyyəti”, böyük elmi işçi, pedaqogika üzrə fəlsəfə doktoru Aləmzər Tağıyevanın “XXI столетие размышления о поете ХII века Низами Гянджеви”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi yaradıcılığında insan sevgisi”, elmi işçi Xəyalə Hüseynovanın “Nizami Gəncəvi əsərlərində Həzrəti Məhəmməd peyğəmbərlik və insanlıq etalonu” və elmi işçi Türkan Verdiyevanın “Nizami Gəncəvi irsinin dünya ədəbiyyatına təsiri” mövzularında məruzələri dinlənilmişdir.

Elmi-praktik konfransın iştirakçıları müzakirə olunan məsələrlə bağlı fikir mübadiləsi aparmışlar.

Sonda akademik Fuad Əliyev çıxış edərək demişdir ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən dahi Nizami Gəncəvinin 880 illik yubileyinin ölkədə belə təntənəli şəkildə keçirilməsi onun ədəbi irsinə sonsuz məhəbbət və ehtiramın parlaq, əyani təcəssümüdür. Akademik elmi-praktik konf­ransın və sərginin işini yüksək qiymətləndirmiş, məruzə və çıxışlarda səslənən fikir və təkliflərin dahi mütəfəkkirin ədəbi irsinin daha dərindən tədqiqi və təbliğində əhəmiyyətli rol oynayacağını bildirmişdir. Təklif olunmuşdur ki, elmi-praktik konfransın ma­terialları kitabça şəklində nəşr edilərək elmi-tədqiqat institutla­rına, kitabxana və məktəblərə verilsin.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

1 Dekabr 2021 01:20 -
17 Yanvar 2022 | 17:58
Sabahın HAVA PROQNOZU
16 Yanvar 2022 | 02:51
“Omicron”dan ilk ölüm

Köhnə versiyamızdan xəbərləri izlə