Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tahir Budaqov: Yeni Azərbaycan və “Nur Otan” partiyaları arasında səmərəli və qarşılıqlı əlaqələr yaradılıb

 

 

Müstəqillik bütün xalqların əsas sərvətidir. Qazaxıstan 30 il ərzində sosial, iqtisadi və siyasi sistemdə islahatların aparılması baxımından böyük üstünlüklər əldə etmişdir. Qazaxıstan bu gün siyasi platformalarda iştirak edir və dövlətlərarası münasibətləri fəal şəkildə təşviq edir.

Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Qazaxıstanın “Astana” telekanalına müsahibəsində deyib.

Bugünkü forumun ölkələr arasında siyasi və partiyalararası əlaqələrin yaxşılaşması ilə əlamətdar olduğunu bildirən T.Budaqov tədbirdə müasir tələblər və tendensiyalar nəzərə alın­maqla partiya islahatlarının müzakirə edildiyini bildirib.

Azərbaycan ilə Qazaxıstan ara­sında dostluq, qardaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə toxunan T.Budaqov qeyd edib ki, prezidentlər İlham Əliyevin və Qa­sım-Jomart Tokayevin şəxsi dostluq əlaqələri, məqsədyönlü siyasəti ölkələrimiz arasında dostluq, qardaş­lıq və tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafını təmin edən aparıcı amillərdir.

“Ümummilli lider Heydər Əliyev və elbası Nursultan Nazar­bayev Azərbaycan-Qazaxıstan münasibətlərində etimadın yaran­masına və inkişafına, hakim Yeni Azərbaycan Partiyası və “Nur Otan” Partiyası arasında səmərəli və qarşılıqlı faydalı əlaqələrin yaradıl­masına böyük töhfələr veriblər”, - deyən T.Budaqov iki hakim partiyanın gənclər təşkilatları arasında yeni yaradılmış əməkdaşlığın, nəzərdə tutulan qarşılıqlı səfərlərin və birgə layihələrin həyata keçirildiyini vurğula­yaraq bundan sonra da əlaqələrimizin inkişafına və dinamikasına mühüm töhfə verəcəyini qeyd edib.

“Xalq qəzeti”

1 Dekabr 2021 01:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə