Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP-dan Türkiyəyə ötürülən qazın həcmi 13.4 milyard kubmetrə çatıb

 

 2018-ci il iyunun 30-dan 2021-ci il noyabrın 26-dək TANAP-dan Türkiyəyə ötürülən təbii qazın ümumi həcmi 13.4 milyard kubmetrə çatıb. TANAP ilə 2021-ci ilin yanvar ayından noyabrın 26-dək Avropaya 7,09 milyard kubmetr təbii qaz ötürülüb. Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diamet­ri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr­dir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. Həmin həcmin 6 milyard kubmerti Türkiyənin Eskişehir və Trakya bölgəsində iki nöqtədən milli şəbəkəyə qoşulmaqla Türkiyədə istifadə ediləcək. 10 mil­yard kubmetr təbii qaz isə Trans Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daşınacaq.

“Xalq qəzeti”

1 Dekabr 2021 00:21 - İQTİSADİYYAT
İQTİSADİYYAT
19 Yanvar 2022 | 09:51
AMB-nin valyuta məzənnələri
19 Yanvar 2022 | 09:16
Neft bahalaşıb
18 Yanvar 2022 | 09:19
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə