Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan sahibkarları üçün virtual sərgi zalı yaradılacaq

Azərbaycanda istehsal olunan məhsullar üçün virtual reallıq (VR) texnologiyasından istifadə etməklə rəqəmsal sərgi zalı yaradılacaq.

 "Xalq qəzeti" xəbər verir ki, layihənin icrasına dair Azexport.az portalının rəhbəri Ayxan Qədəşovla Türkiyənin Tradevalley portalının qurucusu Yusuf Yenitürkoğulları arasında anlaşma memorandumu imzalanıb.

Sənədə uyğun olaraq tərəflər e-ticarət haqqında mütəmadi olaraq məlumat mübadiləsi aparacaq, “Tradevalley” portalında “Azexport.az” portalına xüsusi panel ayrılacaq, Azexport.az üzvlərinin Tradevalley portalının imkanlarından 6 ay müddətində ödənişsiz istifadə imkanı yaradılacaq, həmçinin hər iki ölkədə e-ticarət, e-logistika, e-gömrük və digər xidmətlərin inkişafına dair konfranslar, seminarlar və mühazirələr təşkil olunacaq.

Virtual Reallıq texnologiyası vasitəsilə yaradılacaq sərgidə məhsul yerləşdirməkdə maraqlı olan sahibkarlar müraciət edə bilər.

30 Noyabr 2021 19:12 -
23 Yanvar 2022 | 08:35
Rusiyada yeni antirekord

Köhnə versiyamızdan xəbərləri izlə