Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 658 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 034, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 28 616 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 527 605, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 079 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 566 911, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 881 345 təşkil edir.

"Xalq qəzeti"

30 Noyabr 2021 17:18 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə