Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TBMM sədri helikopter qəzasına görə Azərbaycan xalqına başsağlığı verib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə TBMM sədri “Twitter”də bildirib.

“Bu gün baş vermiş helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Azərbaycan xalqının başı sağ olsun!” – Türkiyə parlamentinin sədri qeyd edib.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

30 Noyabr 2021 17:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə