Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluğa işə qəbul müsabiqəsinin yazılı imtahan mərhələsi yekunlaşıb

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na əsasən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub.

Baş Prokurorluğunun Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilib.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 99 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

Namizədlər tibbi müayinədən keçmək üçün 01 dekabr 2021-ci il tarixdən 03 dekabr 2021-ci il tarixədək şəxsiyyət vəsiqəsi ilə birgə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18).

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Prokurorluq müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət qazanmış 99 namizədin siyahısını da açıqlayıb.

30 Noyabr 2021 11:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə