Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olunub

Bakının 79 və 185 nömrəli tam orta məktəblərində əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

30 Noyabr 2021 10:49 - TƏHSİL
TƏHSİL
20 Yanvar 2022 | 00:20
BSU-da anım tədbiri

Köhnə versiyamızdan xəbərləri izlə