Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yardımlı, Astara və Lerikin elektrik şəbəkələri yenilənir - VİDEO

Yardımlıda 1 200-ə yaxın abonentin yaşadığı 13 yaşayış məntəqəsinin elektrik xətləri və enerji güc mərkəzləri yenilənib.

“Azərişıq”ASC-dən verilən məlumata görə, uzunluğu 43,2 km olan 10 kV-luq hava xətti yenilənib. Rayonun Peştəsər kəndində 0,4 kV-luq şəbəkə müasir tələblər səviyyəsində qurulub. Sayğaclaşma işləri yekunlaşıb və Peştəsər kəndinin 72 abonenti elektrik enerjisi ilə təmin edilib.

 

Yenidənqurma işləri Astara rayonunda da həyata keçirilib. Belə ki, “Lavayin” 35/10/6 kV-luq yarımstansiyadan qidalanan 12,6 kilometrlik “subsovxoz” hava xəttinin əsaslı bərpası ilə bağlı nəzərdə tutulan işlərin 60 %-i yerinə yetirilib. Əlavə 7 güc mərkəzi yaradılaraq müasir komplekt transformator məntəqələri quraşdırılıb. Sözügedən hava xətti Tüləküvan, Təzəkənd, Aşağı Şəmətük, 8 Hektar kəndlərində və Kijəbə qəsəbəsində ümumilikdə 1 115 abonentə xidmət edir. Yenidənqurma işləri çərçivəsində Kijəbə qəsəbəsində elektrik şəbəkəsi tam yenilənib.

Lerik rayonunda da enerji təsərrüfatı yenilənir. 1960-cı illərdə istismara verilmiş Lerik yarımstansiyasından qidalanan 3 saylı 90 km-lik 10 kV-luq hava xəttinin yenidənqurma, tikinti-bərpa işləri aparılır. Artıq qısa müddətdə 20 km-ə yaxın hava xətti istismara verilib. Həmin ərazi 8 kəndi, 1 500-ə yaxın abonenti əhatə edir. 10 kV-luq hava xəttinin ümumi uzunluğu isə 90 km-ə yaxındır və 3 000-ə yaxın abonentə, 100-dən çox qeyri-əhali qrupuna və ticarət obyektlərinə xidmət göstərir.

 

30 Noyabr 2021 10:37 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 Yanvar 2022 | 09:27
AMB-nin valyuta məzənnələri
21 Yanvar 2022 | 09:00
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə