Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Britaniya və İsrail müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Londonda Böyük Britaniya və İsrail arasında növbəti on il üçün müdafiə, kibertəhlükəsizlik, ticarət, elm və texnologiya mübadiləsi sahələrində strateji tərəfdaşlığa dair saziş imzalanıb.

Bu sənədin əhəmiyyəti iki ölkənin xarici işlər nazirləri Elizabet Trass və Yair Lapidin dünən Britaniyanın “The Daily Telegraph” qəzetində dərc olunmuş birgə məqaləsində xüsusi vurğulanıb.

Ekspertlər hesab edirlər ki, sözügedən sənəd İsrail və Böyük Brita­niya arasında kiberməkan, texnologiya, ticarət və müdafiə sahələrinin sürətli inkişafına, son dərəcə modern texnoloji yeniliklərin tətbiqinə gətirib çıxaracaq.

Bu arada məlum olub ki, ABŞ və İsrail proqram təminatından şantaj məqsədilə istifadə edən hakerlərə qarşı mübarizə, həmçinin maliyyə infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq barədə sazişə gəliblər.

Tərəflər ən mühüm maliyyə infrastruk­turunun və yeni texnologiyaların qorunması üzrə tərəfdaşlığa başlamaq, həmçinin şan­tajçı proqram təminatının ölkələr və dünya iqtisadiyyatı üçün doğurduğu təhlükəyə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

M.HACIXANLI, “Xalq qəzeti”

30 Noyabr 2021 10:27 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Yanvar 2022 | 09:58
Təbii fəlakət
27 Yanvar 2022 | 04:57
Miqrantlar xilas edilib
27 Yanvar 2022 | 04:57
Silah-sursat sövdələşməsi

Köhnə versiyamızdan xəbərləri izlə