Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin Afrikada 3,5 mindən çox şirkət təsis edib

 

 

TASS informasiya agentliyinin yaydığı məlumata görə, Çin Xalq Respublikasının (ÇXR) 2020-ci ilin sonuna qədər Afrika ölkələrinə birbaşa sərmayələrinin ümumi həcmi 43 milyard dolları ötüb.

Mənbə qeyd edir ki, bu barədə məlumat ÇXR Dövlət Şurasının “Çin və Afrika yeni dövrdə: bərabər tərəfdaşlıq” adlı ağ kitabında yer alıb.

Bildirilir ki, rəsmi Pekin “Qara qitə”də 3,5 mindən çox şirkət təsis edib. Sərmayələrin böyük hissəsi özəl müəssisələrin payına düşür. Həmçinin ÇXR kompaniyaları Afrikada milyonlarla iş yeri açıb ki, onların da 80 faizində yerli sakinlər çalışır.

Qeyd olunur ki, kənd təsərrüfatı ÇXR investorları üçün prioritet sahələrdən biridir: 2020-ci ildə Çinin 200-dən çox çirkəti Afrikanın 35 ölkəsinin kənd təsərrüfatı sektoruna, ümumilikdə, 1,11 milyard dollar sərmayə yatırıb ki, bu da ikitərəfli ticarətin inkişafına müsbət təsir göstərir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

30 Noyabr 2021 10:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2022 | 08:39
Kuryerləri dronlar əvəzləyir
23 Yanvar 2022 | 08:08
Son 60 ilin ən isti yayı

Köhnə versiyamızdan xəbərləri izlə