Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib

Noyabrın 28-də Rusiyanın “Rossiya-1” telekanalında efirə gedən “Moskva.Kreml.Putin.” verilişində Rusiya Federasiyasında işgüzar səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən Soçi hava limanında bu veriliş üçün alınan müsahibə yayımlanıb.

 

Prezident İlham Əliyev: Biz Azərbaycanda bunu çox müsbət qiymətləndiririk. Mən bunu bu gün görüşdə də demişəm. Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır. Görüşün yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir.

29 Noyabr 2021 12:57 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə