Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatını torpaqlarını işğaldan azad edən Azərbaycanın yanında olmağa çağırıb

“Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə inkişafın və rifahın da önünü açıb”.
"Xalq qəzeti" xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışında bildirib.
Türkiyə Prezidenti deyib ki, Azərbaycanın atdığı addımlar bölgədə vəziyyətin normallaşmasını dəstəkləyir: “Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı olaraq da Azərbaycanın yanında olmağımız böyük əhəmiyyət kəsb edir”.

28 Noyabr 2021 12:56 - SİYASƏT
SİYASƏT
18 Yanvar 2022 | 04:14
Şərəf və qürur günümüz

Köhnə versiyamızdan xəbərləri izlə