Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“200 miqrant Polşa sərhədini keçməyə cəhd edib”

Polşa Sərhəd Mühafizəsinin rəsmisi bu ölkənin Belarusla sərhədində davam edən gərginlik fonunda dünən axşam saatlarında 200-ə yaxın miqrantın Polşa–Belarus sərhədini keçməyə cəhd etdiyini bildirib. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb. 

Qeyd etmək lazımdır ki, Polşa–Belarus sərhədi Avropa İttifaqının (Aİ) qərb sərhədləri hesab olunur. Brüssel Belarusu minlərlə adamı Yaxın Şərqdən gətirərək Polşa, Litva və Latviya vasitəsilə Aİ-yə keçməyə sövq edərək blokun sabitliyini pozmağa çalışmaqda ittiham edir. 

Minskin bu addımları Aİ-nin Belarus hökumətinə qarşı tətbiq etdiyi sanksiyalara cavab kimi qiymətləndirilir. Rəsmi Minsk bu iddiaları qətiyyətlə təkzib edir. “Miqrantlar sərhədi pozmağa çalışırdılar, sərhədə hücum edirdilər”, – deyə Polşa Sərhəd Mühafizəsinin sözçüsü Anna Mixalska noyabrın 25-də mediaya bildirib. O, həmçinin əlavə edib ki, “onlar taxtalar və daş atırdılar və cəhdin qarşısı bizim zabitlər tərəfindən alındı".

Anna Mixalska sonra miqrantların iri taxtaları sərhəd xəttinin üzərinə qoyaraq, səddi keçməyə cəhd etdiklərini bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 5 miqrant yorğunluq səbəbilə xəstəxanaya aparılıb.

Aİ-nin yüksək səviyyəli rəsmiləri Belarusun “hibrid hücum”u səbəbi ilə beşinci sanksiyalar paketini hazırladıqlarını bildirir. Gərginlik artdığı bir vaxtda Belarus hakimiyyəti keçən həftə sərhəddəki miqrant düşərgələrini təmizləyib və İraqa ilk repatriasiya uçuşlarının həyata keçirilməsinə icazə verib.

Bu il noyabrın 25-də Belarus Təhlükəsizlik Şurası hakimiyyət orqanları tərəfindən 11 min 500-dən çox qanunsuz miqrantın saxlanıldığını, beş minə yaxın insanın isə ölkədən deportasiya edildiyini bildirib.

M.HACIXANLI, “Xalq qəzeti”  

28 Noyabr 2021 11:32 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Yanvar 2022 | 05:03
Yeni paytaxt Nusantara olacaq
18 Yanvar 2022 | 05:00
İqtisadi artım
18 Yanvar 2022 | 04:59
Əhali yaşlanır
18 Yanvar 2022 | 04:55
Albaniyaya rəsmi səfər

Köhnə versiyamızdan xəbərləri izlə