Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 361 Bakı şəhəri, 19 noyabr 2021-ci il

“Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 1999-cu il 7 iyun tarixli 94 nömrəli, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 2000-ci il 15 mart tarixli 42 nömrəli, “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması Qaydasının təsdiq edilməsi haqqında” 2000-ci il 17 aprel tarixli 67 nömrəli, “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydasının təsdiq edilməsi haqqında” 2001-ci il 13 dekabr tarixli 195 nömrəli, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” 2002-ci il 18 aprel tarixli 69 nömrəli və “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətən-daşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 11-ci bəndinin üçüncü abzasının v) yarımbəndindən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin verdiyi” sözləri çıxarılsın.

2. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerqu-ruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373, № 11, maddə 654; 2000, № 2, maddə 116; 2001, № 1, maddə 70, № 5, maddə 350; 2002, № 11, maddə 675; 2006, № 11, maddə 994; 2009, № 10, maddə 846; 2015, № 10, maddə 1223, № 11, maddə 1411; 2016, № 10, maddə 1708; 2017, № 4, maddə 657, № 5, maddə 965; 2018, № 3, maddə 629; 2020, № 10, maddə 1302) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə” üzrə:

2.1.1. 2-ci hissənin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsində (bundan sonra – ƏMDK)” sözləri “İqtisadiyyat Nazirliyi tərəfindən” sözləri ilə əvəz edilsin;

2.1.2. 4-cü hissənin b) yarımbəndində və 5-ci hissənin birinci və ikinci abzaslarında ismin müvafiq hallarında “ƏMDK” akronimi ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.1.3. 4-cü hissənin c) yarımbəndinin birinci cümləsində “ƏMDK” akronimi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin; 2.2. həmin Qərarla təsdiq edilmiş “Torpaqların texniki uçotunun aparılması Qaydaları” üzrə:

2.2.1. 1-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin” sözləri ilə və “Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

2.2.2. 4-cü hissənin birinci abzasında və 6-cı hissədə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.2.3. 7-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin; 2.3. həmin Qərarla təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları” üzrə:

2.3.1. 5-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin və həmin hissədən “hazırlayır və” sözləri çıxarılsın;

2.3.2. 13-cü və 15-ci hissələrdə “Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

2.3.3. 14-cü hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;

2.4. həmin Qərarla təsdiq edilmiş “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə” üzrə:

2.4.1. I bölmə üzrə:

2.4.1.1. 2-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

2.4.1.2. 4-cü hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;

2.4.1.3. 5-ci hissənin ikinci cümləsi ləğv edilsin;

2.4.1.4. 7-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

2.4.2. II bölmənin 1-ci hissəsi üzrə:

2.4.2.1. ikinci abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.4.2.2. üçüncü abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respub-likasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

2.4.2.3. dördüncü abzasda “Əmlak Məsələləri Dövlət Komitə-sinin ərazi bölmələri” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri” sözləri ilə əvəz edilsin;

2.4.3. III bölmə üzrə:

2.4.3.1. 1-ci hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətində” sözləri ilə əvəz edilsin;

2.4.3.2. 3-cü hissənin ikinci və üçüncü abzaslarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;

2.4.3.3. 4.1-ci bəndin birinci abzasında və 4.2-ci bənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi” sözləri ilə əvəz edilsin;

2.4.3.4. 4.5-ci bəndin ikinci cümləsində “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.5. həmin Qərarla təsdiq edilmiş “Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə” üzrə:

2.5.1. 4-cü hissənin birinci abzasında, 5-ci hissənin b) yarımbəndində, 8-ci və 9-cu hissələrdə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.5.2. 5-ci hissənin c) yarımbəndində və 6-cı hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin; 2.6. həmin Qərarla təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə” üzrə:

2.6.1. 2-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.6.2. 2-ci, 6-cı və 7-ci hissələrdə “Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 231, № 5, maddə 360; 2001, № 2, maddə 116; 2002, № 7, maddə 455; 2004, № 9, maddə 741; 2005, № 1, maddə 49, № 12, maddə 1228; 2006, № 9, maddə 822, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 314, № 5, maddə 432; 2009, № 2, maddə 152; 2010, № 8, maddə 765; 2013, № 6, maddə 767; 2015, № 11, maddə 1418; 2018, № 8, maddə 1813; 2019, № 6, maddə 1157; 2021, № 4, maddə 417) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi Qaydaları”nın 4-cü hissəsində və 5-ci hissəsinin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları” üzrə:

3.2.1. 2-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2.2. 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

3.2.3. 7-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə və “Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin” sözləri “Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2.4. 10-cu hissənin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumları” sözləri ilə əvəz edilsin;

3.2.5. 14-cü hissənin ikinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2.6. 16-cı hissənin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

3.2.7. həmin Qaydalara əlavə - “İstifadəyə və ya icarəyə verilmiş otlaq sahəsinin qaiməsi (sertifikatı)”nda “Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinin müdiri” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölməsinin rəhbəri” sözləri ilə əvəz edilsin və “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” sözləri çıxarılsın;

3.3. həmin Qərarla təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”nın 5-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 313; 2002, № 7, maddə 445; 2006, № 11, maddə 994; 2009, № 2, maddə 152; 2015, № 11, maddə 1418; 2019, № 2, maddə 363) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinə” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) yerli bölməsinə” sözləri ilə əvəz edilsin;

4.2. 5-ci və 6-cı hissələrdə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölməsi” sözləri ilə əvəz edilsin;

4.3. 7-ci hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;

4.4. 8-ci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin: “Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti bu Qaydanın 7-ci hissəsində qeyd olunan sənədləri 10 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına torpaq sahəsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin hazırlanması və məcburi köçkünlərə təqdim edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq yerli bölməsinə göndərir.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 dekabr tarixli 195 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 805; 2003, № 10, maddə 629; 2005, № 12, maddə 1228; 2007, № 11, maddə 1177; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 sentyabr tarixli 265 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.6-cı bənddə “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – qeydiyyat orqanı)” sözləri ilə əvəz edilsin; 5.2. 2.11-ci bənddə “qeydiyyatı aparan orqana” sözləri “qeydiyyat orqanına” sözləri ilə əvəz edilsin.

6. “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 211; 2003, № 6, maddə 342; 2004, № 4, maddə 286; 2005, № 11, maddə 1076; 2006, № 5, maddə 463; 2009, № 4, maddə 282, № 10, maddə 846; 2010, № 11, maddə 1040; 2016, № 6, maddə 1198, № 9, maddə 1585; 2019, № 12, maddə 2064; 2020, № 10, maddə 1310, № 12 (V kitab), maddə 1617) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi” sözləri “İqtisa-diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzi” sözləri ilə və “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

6.2. 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin; 6.3. həmin Qərarla təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə” üzrə:

6.3.1. 2.1-ci bəndin beşinci abzasında “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;

6.3.2. 3.1.1-ci yarımbənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin; 6.3.3. 3.1.5-2-ci yarımbəndin birinci və dördüncü cümlələrində,

3.1.5-3-cü yarımbənddə,

3.1.8-ci yarımbəndin birinci cümləsində ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

6.3.4. 3.1.5-3.1-ci yarımbənddə “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzi” sözləri ilə əvəz edilsin;

6.3.5. 3.1.5-3.4-cü yarımbənddə “Vergilər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin. 7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 639; 2003, № 9, maddə 533; 2014, № 7, maddə 928; 2016, № 9, maddə 1585, № 10, maddə 1712, № 11, maddə 1925; 2019, № 5, maddə 944) ilə təsdiq edilmiş “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

7.1. 3-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

7.2. 10.26-cı və 10.28-ci bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

7.3. 13-cü hissədə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələrinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumlarının” sözləri ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə