Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sərhəd razılaşması Soçi görüşünün mühüm uğurudur

Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz problemləri və regional təhlükəsizlik mərkəzinin baş elmi işçisi Nikolay Silayev sorğuya cavab olaraq bildirib:

– Əldə edilmiş razılaşmalar son aylar regionda sabitliyi pozan sərhəddəki gərginliyin kəskinləşməsinin qarşısını almağa kömək edəcək: “Ehtimal olunur ki, bu ona gətirib çıxaracaqdır ki, sərhəddə gərgiliyin kəskinləşməsi halları azalacaqdır. Lakin bu, çətin ki, bilavasitə Dağlıq Qarabağ ətrafında gərginliyi aradan qaldırsın. Ermənistanla Azərbaycan arasında dərin ixtilaflar qalmaqdadır.

Bir görüşdə bu ixtilafları həll etmək mümkün deyil. Burada önəmlisi odur ki, tərəflər sərhəddə sabitliyin və təhlükəsizliyin səviyyəsinin artırılması üzrə addımlar atılması barədə razılığa gəlib, həmçinin 10 noyabr 2020-ci və 11 yanvar 2021-ci il razılaşmalarının müddəalarının icrasına tərəfdar olduqlarını təsdiq edib. Yəni, prinsipcə Ermənistan və Azərbaycan sülhə tərəfdar olduqlarını təsdiq edib. Lakin bunların necə reallaşması hələ bəlli deyil. Görünür, bu, heç də tez baş tutan məsələ deyil.

MDB Ölkələri Qafqaz İnstitutunun şöbə müdiri Vladimir Yevseyevin sorğuya cavabı isə belə olub:

– Dağlıq Qarabağ ətrafında gərginlikdən qurtulmaq mümkün deyil, lakin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işçi komissiyasının yaradılması iki dövlətin sərhədlərində gərginliyi azaltmağa imkan verəcəkdir. Prinsipial məqam ondan ibarətdir ki, tərəflər bu görüşdə iqtisadi münasibətlərdən kənara çıxdılar və təkcə nəqliyyat dəhlizlərinin açılması deyil, həm də demilitasiya və demarkasiya üzrə mexanizmin yaradılması məsələsini müzakirə etdilər. 

Əlbəttə, tərəflər arasında sülh müqaviləsində nələrin yazıla biləcəyi haqqında güclü ixtilaflar var, lakin heç kim bu görüşdə belə bir müqavilənin imzalanmasını gözləmirdi. Lakin bu görüşün baş tutması onu göstərir ki, tərəflər çətin də olsa, razılığa gəlməyə yönəliblər.

Nikol Paşinyana ABŞ, Böyük Britaniya və Fransa tərəfindən ciddi təzyiqlər var. Yəni Paşinyan mürəkkəb vəziyyətdədir, amma həm erməni əhalisinin təzyiqləri, həm də vəziyyətin özü onu hər hansı güzəşt axtarışına sövq etdi.

Hazırladı: R.TAHİR,

“Xalq qəzeti” 

28 Noyabr 2021 09:52 - SİYASƏT
SİYASƏT
18 Yanvar 2022 | 04:14
Şərəf və qürur günümüz

Köhnə versiyamızdan xəbərləri izlə