Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

GUAM-a üzv ölkələrin XİN başçıları Stokholmda görüşəcəklər

Dekabrın ilk günlərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata - GUAM-a üzv dövlətlərin xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulub.

GUAM-ın Milli Əlaqələndiricilər Şurasından AZƏRTAC-a bildiriblər ki, quruma üzv ölkələrin Xarici İşlər Şurasının növbəti görüşü dekabrın 2-3-də İsveçin Stokholm şəhərində ATƏT Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutacaq.

Görüşdə GUAM ölkələri arasında siyasi təmasların genişləndirilməsi, koronavirusa qarşı birgə mübarizə, Malların mənşəyinin müəyyənləşdirilməsi qaydaları barədə Protokolun imzalanması, beynəlxalq təşkilatların GUAM-la əməkdaşlığı, GUAM nəqliyyat dəhlizinin texniki və iqtisadi əsaslandırılmasının həyata keçirilməsi, Avropa İttifaqının bu prosesə dəstəyi, quruma üzv ölkələr arasında azad ticarət zonasının yaradılması məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

28 Noyabr 2021 09:40 -
17 Yanvar 2022 | 17:58
Sabahın HAVA PROQNOZU
16 Yanvar 2022 | 02:51
“Omicron”dan ilk ölüm

Köhnə versiyamızdan xəbərləri izlə