Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikalı ekspertlər: Ermənistan revanşizm meyillərinə və erməni lobbisindən asılılığa son qoymalıdır!

Noyabrın 26-da Soçidə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında keçirilmiş görüşdə bir sıra məsələlər, o cümlədən, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunub. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan öz hədəflərinə nail olub. Xüsusilə, avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.

Amerikalı ekspert Piter Teys bildirib ki, Soçidəki görüş doğru istiqamətdə atılan böyük addımdır. Ermənistan regional iqtisadi və nəqliyyat layihələri üzrə əməkdaşlıq etmək üçün tez hərəkət etməlidir. Bütün bunlar Yerevanın marağındadır. Soçidə Rusiya prezidenti tərəfindən təşkil olunmuş üçtərəfli görüş Azərbaycanın qonşu Ermənistanla dinc əməkdaşlığa hazır olmasının sübutudur: "Azərbaycan Prezidenti İlham Əliyev bir daha Bakının Ermənistanla dialoq və dinc birgəyaşayış prosesinə başlamağa hazır olduğunu vurğulayıb. Azərbaycanın özünün şanlı silahlı qüvvələri bütün dünyaya göstərdi ki, suveren ərazilərin nəzərəçarpan diplomatik fəaliyyətlə birgə hərbi əməliyyatlarla azad edilməsi böyük uğur idi. Soçidəki üçtərəfli görüş reallığı qəbul etməkdən imtina edən və regional iqtisadi və infrastruktur layihələrdə iştiraka cəsarət etməyən Ermənistan rəhbərliyinin zəifliyini göstərdi".

Piter Teys qeyd edib ki, Azərbaycan tarixən özünün suveren ərazisində müxtəlif etnik icmaların dialoqunun, dinc birgəyaşayışının qorunmasına meyillilik nümayiş etdirib. Ekspert deyib: "Ermənistanın Soçidə üçtərəfli görüşdə iştirakı irəliyə doğru addımdır və bu məsələdə Rusiya hökumətinin liderliyi çox vacibdir. Moskva Azərbaycanın tam ərazi suverenliyinin saxlanması və Yerevanın reallıqla barışmasına inandırılması ilə bağlı balanslaşdırılmış mövqe tutur".

Piter Teys bildirib: "Ermənistan rəhbərliyi zəif olmaqda davam edir və erməni cəmiyyəti, təəssüf ki, özünütəcrid vəziyyətində qalmaqdadır. Bu görüşlər yekunda Paşinyanı inandıracaq ki, ölkəsi üçün iqtisadi uğura aparan yol 10 noyabr 2020-ci il üçtərəfli sazişinin tam icrasıdır. Zəngəzur dəhlizi regional iqtisadi əməkdaşlığı asanlaşdıracaq".

Amerikalı ekspert və analitik İrina Tsukerman da maraqlı mövqe sərgiləyib. O hesab edir ki, Ermənistan ona təqdim olunan "zeytun budağı"ndan imtina etsə, özünün qeyri-konstruktivliyini göstərəcək". Soçi görüşü Brüsseldə təyin olunmuş görüşün fonunda keçirildi. Azərbaycan bir daha nümayiş etdirir ki, öz ərazilərini azad etməklə regional inteqrasiyaya sadiqdir və sülh, çiçəklənmə, qarşılıqlı əməkdaşlıq üçün imkanlar təklif edir. Bununla belə sual olunur ki, Ermənistan Zəngəzur dəhlizinın açılmasına müqavimət göstərməklə nə əldə edə bilər? Həqiqətən də, 2022-ci ilin yanvarından Türkiyə ilə idxalı bərpa etmək niyyətində olan Ermənistanın müharibədə məğlubiyyətdən sonra öz qonşusunun sülh təkliflərinə müqavimət göstərməsi qəribədir. Hələlik aydın deyil ki, Ermənistan nə əldə etməyə çalışır. O, təqdim olunan "zeytun budağı"ndan imtina etsə, bu, beynəlxalq arenada daha bir dönüş nöqtəsi olacaq. Ermənistan Aİ tərəfindən maliyyə çatışmazlıqlarının öhdəsindən gəlməyə kömək edəcək dəstəyi və sülhü qəbul edəcəkmi? Yoxsa, bu, əvvəlki kimi revanşistlərin və erməni lobbisinin populist davranışlarından asılı olacaq?"

İrina Tsukerman vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası irəli gedəcək bir prosesdir və Soçidəki görüş bunu sürətləndirməyə kömək edəcək: "Azərbaycan hər zaman açıq dialoqun dəstəklənməsi və konfessiyalararası birgəyaşayışın təşviqinə meyilli olub. Bu, Azərbaycanı etnik birgəyaşayışı və dinlərarası dialoqu qoruyub saxlayan aparıcı ölkələrdən biri kimi yüksəldən tarixi fəlsəfədir".

“Xalq qəzeti”

 

28 Noyabr 2021 09:37 - SİYASƏT
SİYASƏT
18 Yanvar 2022 | 04:14
Şərəf və qürur günümüz

Köhnə versiyamızdan xəbərləri izlə