Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Leonid Slutski: Üçtərəfli görüşü tarixi görüş adlandırmaq olar

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü onların bir il əvvəlki görüşü kimi yenə tarixi görüş adlandırmaq olar.

 RF Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski bu fikri özünün teleqram-kanalında yazıb.

Deputat qeyd edib ki, Soçi görüşündə Qarabağ məsələsində çox mühüm bir addım atılıb.

Siyasətçi yazıb: “Rusiya Prezidenti bildirib ki, bu ilin sonuna qədər Ermənistan ilə Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiya mexanizmləri yaradılacaq. Şübhəsiz, bu, sərhədyanı rayonlarda təhlükəsizliyin gücləndirilməsini tələb edəcək, əldə edilmiş razılaşmalar isə hələ həyata keçirilməlidir. Lakin müsbət vektor artıq müəyyən edilib”.

L.Slutski qeyd edib ki, hər üç ölkənin liderləri regionun iqtisadi potensialının üzə çıxarılması üçün konkret layihələrin mümkün qədər tezliklə icra edilməli olduğunu ayrıca vurğulayıblar. Deputat yazıb: “Həm Ermənistan, həm də Azərbaycan bizim əsas müttəfiqlərimiz və tərəfdaşlarımızdır”.

"Xalq qəzeti"

28 Noyabr 2021 09:29 - SİYASƏT
SİYASƏT
18 Yanvar 2022 | 04:14
Şərəf və qürur günümüz

Köhnə versiyamızdan xəbərləri izlə