Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Sosial Müdafiə Fondu ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırıb

Dövlət Sosial Müdafiə Fondu ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” beynəlxalq standartı üzrə sertifikatlaşma işlərini yekunlaşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, həmin beynəlxalq standart əsasında idarəetmə sistemlərinin tətbiqi fonda qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir.

Fondun fəaliyyətinin ISO 9001 standartının tələblərinə uyğunlaşdırılması məqsədilə fondun əməkdaşlarına müvafiq təlimlər keçirilib və onlar beynəlxalq nümunəli “Keyfiyyəti idarəetmə sisteminin daxili auditoru” sertifikatları ilə təltif olunublar.

Bununla yanaşı, fondun İSO 9001:2015 standartı əsasında keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılması üçün keyfiyyət sahəsində siyasət və məqsədlər, keyfiyyət idarəetmə sisteminin prosedurları və proseslərin tətbiqi üçün təlimatlar təsdiq edilib.

Bu cür layihələrdə nazirlik təcrübəli və peşəkar konsaltinq şirkətlərlə əməkdaşlıq edir. Müvafiq xidmətlərin satın alınması üçün açıq və şəffaf şəkildə, qanunvericiliyin tələblərinə uyğun tenderlər keçirilir.

Müvafiq satınalma qurumları tərəfindən həmin tenderlərin icrasına nəzarət edilir və qeydiyyata alınan nəticələr şəffaf şəkildə elektron portal vasitəsilə ictimaiyyətə açıqlanır.

Bundan başqa, fond “ISO 26000 — Sosial məsuliyyət” və “ISO 10002 — Müştəri məmnunluğu” beynəlxalq standartlarının tətbiqi ilə bağlı da işlərə başlayıb.

27 Noyabr 2021 17:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
29 Yanvar 2022 | 17:59
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə