Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlcəzair portalı Soçidə imzalanmış üçtərəfli Bəyanatın mətnini yayıb

Əlcəzairin “Əl Hərir” portalı noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Bəyanatın ərəb dilində mətnini yayıb.

Portal, həmçinin AZƏRTAC-a istinadla Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilən görüş və üç ölkənin liderlərinin mətbuata bəyanatları haqqında xəbər də yayımlayıb.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, materialda diqqətə çatdırılıb ki, 3 saata yaxın davam edən görüşdə sərhədlərin demarkasiyası məsələsində razılıq əldə olunub. Rusiya Prezidenti görüşün konstruktiv keçdiyini vurğulayıb.

27 Noyabr 2021 15:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə