Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqlarını tək böyüdən və çoxuşaqlı bir qrup qadının işlə təminatı üçün sosial müəssisə yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı, İnternat Məzunlarının Sosial İnteqrasiyası GİB-nin təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yeni layihəyə start verilib. Tərəflər arasında imzalanan Memoranduma əsasən ilkin mərhələdə layihə uşaqlarını tək böyüdən və çoxuşaqlı 10 qadının işlə təminatı üçün Şamaxı rayonunda sosial müəssisə yaradılmasını nəzərdə tutur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, artıq layihə iştirakçılarının seçimi aparılıb və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən onlara biznes təlimləri keçirilib. Növbəti mərhələdə qiymətləndirmə aparılacaq. Yekunda iştirakçılara Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində dərzilik fəaliyyəti üzrə aktivlər təqdim ediləcək.

“Azəriqaz” İstehsalat Birliyi bazasında olan məkanlardan birini təmir edilmiş şəkildə həmin şəxslərin sosial müəssisə formasında fəaliyyəti üçün ayıracaq. Rayon icra hakimiyyəti isə müəssisədə istehsal olunacaq məhsulların satışına dəstək göstərəcək.

Qeyd edək ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, sosial müəssisə – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxsdir.

27 Noyabr 2021 12:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə