Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə davam edir: 20 nəfər uğur qazanıb

On iki dövlət orqanında 30 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 66 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 11:40-dək olan məlumata görə, müsahibədə 20 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Daxili müsahibə noyabrın 29-dək davam edəcək.

27 Noyabr 2021 12:18 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə