Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 528 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən "Xalq qəzeti"nə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:40-dək imtahanda iştirak etmək üçün 530 (BA - 107, BB - 423) nəfər qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.

27 Noyabr 2021 12:07 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə