Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Ötən gün 70 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb

Noyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 335 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, monitorinq 331 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 70 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

27 Noyabr 2021 11:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
29 Yanvar 2022 | 17:59
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə